...

İlahiyyat İnstitutunda "Açıq qapı" günləri başlayır

Cəmiyyət Materials 17 Aprel 2019 15:29 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) III ixtisas qrupuna sənəd verəcək abituriyentləri “Açıq qapı” günlərinə dəvət edir.
İlahiyyat İnstitutunda "Açıq qapı" günləri başlayır

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) III ixtisas qrupuna sənəd verəcək abituriyentləri “Açıq qapı” günlərinə dəvət edir.

İnstitutdan Trend-ə verilən məlumata görə, “Açıq qapı” günləri aprelin 22-dən mayın 22-dək, çərşənbə günləri saat 09:00-dan 17:00-dək keçiriləcək.

İştirakçılar üçün tədris binasında məlumatlandırıcı görüşlər təşkil olunacaq, onlar Azərbaycan İlahiyyat İnstitutu haqqında geniş məlumat alacaqlar. Abituriyentlər keçid balları; ixtisaslar; xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil imkanları; məzunlar üçün iş imkanları; İnstitutun beynəlxalq əlaqələri; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında ətraflı məlumat alacaq, eyni zamanda, dərs prosesini izləyəcək, onları maraqlandıran suallarla Aİİ əməkdaşlarına müraciət edə biləcəklər.

“Açıq qapı” günlərində iştirak etmək istəyən abituriyentlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. İnstitutun tədris binasına daxil olarkən şəxsiyyət vəsiqəsini təqdim etmək mütləqdir.

Qeydiyyat üçün əlaqələndirici şəxs: İnci Bağırlı;

tel.: (012) 510 65 45 / 152;

mob.: (070) 868-75-45;

e-mail: [email protected]

Ünvan: AZ1141 Bakı şəhəri, Əhməd Cəmil, 41/A.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti