...

Bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirindən ən yaxşı anlar (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2019 18:34 (UTC +04:00)
Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir.
Bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirindən ən yaxşı anlar (FOTO)

Bakı. Trend:

Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparır. İki gün davam edəcək yarışlarda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, Avropa Çempionatı 2018-in gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edir.

Trend bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin ən yaxşı anlarını təqdim edir.

Foto: Zaur Mustafayev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti