Prezidentin köməkçisi: Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir

Prezidentin köməkçisi: Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir

Bakı. Trend:

Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

N.Əmirov bildirib ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin əsas icrası 2017-2020-ci illər olmaqla, dörd ili əhatə edir və keçən iki il müddətində nəzərdə tutulan tədbirlərin ən azı 50 faizinin icrası nəzərdə tutulub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilən monitorinqin nəticələrinə əsasən, Strateji Yol xəritələrinin ümumi icrası nəzərdə tutulan 50 faizə qarşı 52 faiz təşkil edib ki, bu da icra qrafikini qabaqlamaqla icranın sürətləndirilməsi anlamına gəlir: “Ayrı-ayrı sahələr üzrə icra faizlərinin müxtəlif olmasına baxmayaraq, bütövlükdə nəzərdə tutulan 50 faizlik icra həyata keçmiş və 52 faizlik icra ilə biz bu məqama gəlib çıxmışıq. Ayrı-ayrı qurumların performansına nəzər yetirdikdə isə bütövlükdə bütün qurumlar 50 faiz üçün nəzərdə tutulan həddə gəlib çatmış, lakin Biznes Mühiti və Beynəlxalq Reytinq üzrə Komissiya, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Vergilər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Strateji Yol xəritələrində onlar üçün müəyyən edilmiş tədbirlərin icrasını demək olar ki, tam şəkildə həyata keçirmişdir”.

Onun sözlərinə görə, Strateji Yol xəritələrinin əsas tədbirlərinin təqribən 40 faizi İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin payına düşür ki, bu məsələlərə sistemli yanaşılması, çoxsaylı komissiyaların, əlaqələndirici qrupların monitorinq qurumları ilə birgə fəaliyyəti həm hər iki nazirliyin, həm də digər qurumların birgə fəaliyyəti ilə Strateji Yol xəritələrində bu uğura imza atmağa imkan verib: “Mən burada xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanımın xidmətini qeyd etmək istərdim. Çünki qurumların əlaqələndirilməsi, müxtəlif fikirlərin bir araya gətirilməsi, vahid mövqedən çıxış edərək islahat proqramlarının həyata keçirilməsi istiqamətində Mehriban xanımın əhəmiyyətli dəstəyi xüsusi qeyd olunmalıdır. Strateji Yol xəritələrində tapşırığınıza əsasən müəyyən edilmiş tədbirlərin bizə nə verdiyinə baxsaq, ilk növbədə, makroiqtisadi sistemdə pul bazası hədəf götürülməklə makroiqtisadi sabitliyə nail olundu, manatın məzənnəsi sabitləşdirildi, inflyasiya optimal həddə endirildi, strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artdı. Dövlət Neft Fondunun vəsaitlərindən istifadəyə dair büdcə qaydaları, beynəlxalq aləmdə “qızıl qayda” adlandırılan qaydalar təsdiq edildi. Borc strategiyası, ortamüddətli xərclər çərçivəsi qəbul edildi, fiskal dayanıqlılığın gücləndirilməsi təmin olundu, bank sektorunda əhəmiyyətli islahatlar həyata keçirildi”.

N.Əmirov qeyd edib ki, Azərbaycan Prezidentinin tapşırığınıza əsasən biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlar üçün əlverişli biznes mühiti qurulması sahəsində çox ciddi addımlar atılıb: “Prezident yanında Apellyasiya Şurası yaradıldı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi təsis olundu, sahibkarların dünya iqtisadi məkanına inteqrasiyasını təmin etmək məqsədilə “Enterprise Azerbaijan” portalı, “Azexport.az”, rəqəmsal ticarət qovşağı platformaları yaradıldı. İnvestorların maraqlarının qorunması, elektron məhkəmə, biznesə başlama, tikinti icazələri, elektrik şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış və əmlakın qeydiyyatı, müflisləşmə sahəsində əhəmiyyətli islahat tədbirləri həyata keçirilmişdir. Gömrükdə “yaşıl dəhliz” sistemi, hərtərəfli vergi islahatları, sənaye parkları, sənaye məhəllələri, aqroparklar və texnoparkların fəaliyyət dairəsi genişləndirilməklə sahibkarlara əhəmiyyətli vergi, gömrük və digər güzəştlərin verilməsi təmin edilmişdir. İlk dəfə olaraq dövlət satınalmalarının vahid internet portalı hazırlanmış və bu ildən istifadəyə verilmişdir”.

Prezidentin köməkçisi deyib ki, bu dövr ərzində dövlət başçısının təşəbbüsü ilə başlanılan və liderliyi ilə həyata keçirilən meqalayihələr – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, Astara (Azərbaycan)-Astara (İran), SOCAR Polymer, SOCAR Karbamid kimi nəhəng layihələr məhz bu dövrdə sona çatdırılıb və fəaliyyətə başlamaqla Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməyə davam edib: “İcbari tibbi sığorta sistemi pilot variantda tətbiq edilmiş, uğurlu nəticələr əsas götürülərək Sizin tərəfinizdən imzalanan müvafiq qanunlarla 2020-ci ildən bütün ölkədə tətbiqi nəzərdə tutulmuşdur. İşsizlikdən Sığorta Fondu yaradılmış, məşğulluq strategiyası qəbul edilmiş, ünvanlı sosial yardımın əhatə dairəsi genişləndirilmiş və özünüməşğulluq proqramlarının icrasına başlanılmışdır.

Bu ildən başlayaraq, Sizin də qeyd etdiyiniz kimi, şəhid ailələrinə birdəfəlik ödəmə verilmiş, minimum əməkhaqqı, minimum pensiya, tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılmış, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla, bütün növ müavinətlər 100 faiz həcmində artırılmışdır. Təbii ki, bu göstəricilər iqtisadi göstəricilərdə də öz əksini tapmaya bilməzdi. İllik inflyasiya göstəricisi 2016-cı ildəki 12,4 faizdən 2018-ci ildə 2,3 faizə qədər enmiş, strateji valyuta ehtiyatları 2016-cı ildəki 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara qalxmışdır. Büdcə xərcləri 2016-cı ildəki 17 milyard 800 milyon manatdan 2019-cu ildə 25 milyard 200 milyon manata qədər artmışdır. İlk dəfə olaraq qeyri-neft sektoru üzrə mal və xidmətlərin ixracında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Bu sahədə, cənab Prezident, Sizin apardığınız islahatlar, bilavasitə rəhbərliyinizlə həyata keçirilən iqtisadi canlanma təkcə qeyri-neft məhsullarının ixracında bir milyard dollarlıq artımla nəticələnmişdir. Nominal ümumi daxili məhsulun göstəricisi isə 2015-ci ildəki 54 milyard manatdan 2018-ci ildə demək olar ki, 80 milyard manatadək artmışdır. Təbii ki, cənab Prezident, bütün bu nailiyyətlər, Sizin həyata keçirdiyiniz, nəzərdə tutduğunuz və Azərbaycan xalqının rifahına yönəldilən bu islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də çox diqqətlə izlənilir, təhlil olunur. Dünya Bankının “Doing Business” hesabatında da Azərbaycan Respublikası 2016-cı ildəki 63-cü yerdən 2019-cu ildə 25-ci yerə yüksəlməyə nail olmuşdur”.

O qeyd edib ki, 2020-ci ilin sonuna qədər Strateji Yol xəritələrinin icrası üçün cəmi 20 ay qalıb: “Bu 20 ay ərzində, möhtərəm cənab Prezident, Sizin dövlət və hökumət qurumları qarşısında çox mühüm tələbləriniz, tapşırıqlarınız durur. Bu müddət ərzində biznes mühiti və rəqabət məcəlləsinin qəbulu ən əhəmiyyətli məsələlərdəndir. Sizin tapşırığınıza əsasən bu iki il ərzində rəqabət məcəlləsinin qəbulu prosesi başa çatmalıdır. Ortamüddətli xərclər çərçivəsinə keçid təmin edilməli, korporativ idarəetmə standartları təsdiq olunmalı, özəl investisiyaların cəlbi artırılmalıdır. Maliyyə dərinliyinin 60 faizə qədər çatdırılması, aqrar sığortanın inkişafı, elektron kənd təsərrüfatı informasiya sisteminin ölkə üzrə tam tətbiqi nəzərdə tutulur. Neft maşınqayırması sahəsində ənənəvi istehsal sahələri bərpa olunmalı, birbaşa xarici investisiyaların cəlbi üçün tədbirlər görülməlidir. Kiçik və orta sahibkarların ümumi daxili məhsulda payının 15 faizə, qeyri-neft ixracında isə 10 faizə çatması üçün əhəmiyyətli islahat tədbirləri həyata keçirilməlidir. Lisenziya və icazələr portalının tam fəaliyyəti təmin olunmalı, açıq səma sazişləri, yeni xarici aşağı büdcəli hava nəqliyyatı şirkətlərinin cəlbi istiqamətində tədbirlər görülməlidir. Təhsil sahəsində, xüsusilə peşə təhsili sahəsində islahatlar davam etdirilməlidir.

Sizin tapşırığınıza əsasən, elektrik enerjisi sisteminin modernləşdirilməsi, kommunal xidmətlər sektorunda səmərəliliyin yüksəldilməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər hazırlanaraq həyata keçirilir. Dövlət satınalmalarının vahid internet portalının bütün dövlət satınalmaları üzrə yeganə satınalma platformasına çevrilməsi ölkədə rəqabət mühitinin formalaşması istiqamətində atılacaq ən mühüm addımlardan biridir. Uzunmüddətli hədəfləri nəzərə aldıqda 2020-ci ildən sonrakı dövr üçün təbii ki, Azərbaycan Respublikasının strateji inkişaf proqramları hazırlanmalı və təsdiq edilməlidir. Məqsədəmüvafiq hesab etdiyiniz təqdirdə qlobal, regional və yerli trendlər, çağırışlar, risklər və təhdidlər nəzərə alınmaqla, uzunmüddətli baxışlar yenidən dəqiqləşdirilib, yeni strateji proqram çərçivəsində hazırlanaraq Sizin ali diqqətinizə təqdim edilə bilər”.

OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb
İmişlidəki göllərdən Baş Muğan kanalına 3,5 milyon kubmetr su vurulub - suvarma problemi həll olunur (FOTO)
İmişlidəki göllərdən Baş Muğan kanalına 3,5 milyon kubmetr su vurulub - suvarma problemi həll olunur (FOTO)
Bakıya gətirilən yeni "London taksi"ləri yanacaq əvəzinə elektriklə işləyir (FOTO)
Bakıya gətirilən yeni "London taksi"ləri yanacaq əvəzinə elektriklə işləyir (FOTO)
Loading Bars
Xəbər lenti
Mingəçevir Dövlət Universiteti “Əsgərə Məktub!” layihəsinə qoşulub (VİDEO)
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqlayıb
DSMF-nin büdcəsinə edilən dəyişiklik təsdiqləndi
Hazırda paytaxtın bəzi küçə və prospektlərdə sıxlıq var (FOTO)
Norveç 5 ölkə üçün 10 günlük karantin rejimini tətbiq edir
Cəmil Həsənli xalqı aşağıladı - AXCP və "Milli Şura"nın qeybətxana şousu davam edir (VİDEO)
Dünya gəncləri “Daha yaxşı dünya üçün” devizi altında birləşdi (FOTO)
Ailəniz üçün əlavə kart alın, birlikdə daha çox millər qazanın!
Baş Prokurorluq Bərdədə ölümlə nəticələnən dava barədə məlumat yaydı
İranla sərhəddə 200 kiloqramdan artıq heroin aşkar edildi (FOTO/VİDEO)
İmişlidəki göllərdən Baş Muğan kanalına 3,5 milyon kubmetr su vurulub - suvarma problemi həll olunur (FOTO)
Suraxanıda su borusunun partlaması nəticəsində küçəni su basıb (VİDEO)
Dövlət büdcəsi haqqında qanuna dəyişiklik təsdiqləndi
Şura və Agentlik qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)
AFFA kəndlərdə idmanın inkişafına dəstək verir (FOTO)
AQTA 78 müəssisədə qayda pozuntusu aşkarladı
Bakıya gətirilən yeni "London taksi"ləri yanacaq əvəzinə elektriklə işləyir (FOTO)
Azərbaycanda insanlar seroloji testlərdən keçəcəklər
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir (FOTO)
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib
Avqustun 13-də dolların manata qarşı məzənnəsi
İsveçrədə koronavirusa yoluxma göstəriciləri kəskin artır
Vüqar Rəhimzadə: Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib
Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən subbakalavrların qeydiyyatına başlanılıb
PAŞA Bank ailəsinə qoşulun!
Ağdaşda ictimai nəqliyyatda tibbi maska taxmayan sürücü və sərnişinlər cərimələnib (FOTO)
Hindistanda avtobus yandı - Ölənlər var
İcra hakimiyyəti Nərimanovda inşa edilən futbol meydançasının tikintisini dayandırıb (FOTO)
Karantin qaydalarını pozaraq Qubaya gələn 7 nəfər məsuliyyətə cəlb olundu
"Ziraat Bank Azərbaycan"ın ödənişləri artıq eManat terminallarında!
Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir
Kürdəmirdə "Mercedes" traktora çırpılıb, ölən var
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
Çindən gələn nümayəndə heyəti videokonfrans keçirdi (FOTO)
Şotlandiyada qatar relsdən çıxaraq yanıb (FOTO)
Xəzərin mühafizəsi ilə bağlı növbəti aksiya keçirildi (FOTO)
Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib (FOTO)
ÜST: Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqların təfərrüatı nəzərdən keçiriləcək
Təhsil Nazirliyi: Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib
Baş Prokurorluq on altı yaşına çatmayan şəxsə zor tətbiq edilməsi ilə bağlı məlumat yaydı
Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF
Prezident İlham Əliyev Bakıya gətirilmiş “LEVC TX” modelli yeni “London taksi”ləri ilə tanış olub (FOTO) (YENİLƏNİB)
I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
Paris marafonu koronavirusa görə ləğv olunub
Pandemiyadan zərər çəkmiş bu şəxslərə təkrarən yardımların verilməsinə başlanıldı
DANX: Sərnişindaşımanın bərpası yalnız Operativ Qərargahın qərarından sonra bəlli olacaq
Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı
Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir - Cəlil Xəlilov
Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Hikmət Hacıyev: Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir
İranda sutka ərzində koronavirusdan 188 nəfər ölüb
Mədəniyyət nazirinin yeni müşaviri təyin edilib
“Barselona”nın futbolçusu koronavirusa yoluxub
8027 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Sabah Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
Avstraliyada koronavirusdan gündəlik ölüm sayı rekord həddə çatıb
Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü
"Gələcəyimiz gənclərdir" festivalı baş tutub (FOTO)
Salyanda narkotik bitki əkib-becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edilib
DİM imtahan verəcək abituriyentlərə müraciət etdi
Rusiyada koronavirusa yoluxanların sayı 900 min nəfəri keçdi
“Twitter”də yeni funksiya işə düşüb
Ceyhun Bayramov: Biz münaqişənin siyasi yolla, danışıqlarla həll edilməsi tərəfdarıyıq
Bu il sosial ödənişlər 707 milyon manat artıb
Azərbaycan neftinin qiymətləri dəyişib
Ceyhun Bayramov: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun inkişafına da xidmət edir
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlir
Salyanda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib (FOTO/VİDEO)
Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələnib (VİDEO)
MİDA-nın keçirdiyi mənzillərin elektron satışı şəffaflığın təmin edilməsi baxımdan vacibdir - Ekspert
Buraxılış imtahanında iştirak etməyənlərin qəbul imtahanında iştirakına icazə verildi
Ceyhun Bayramov "CNN Türk"ə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barəsində danışıb
9 hakimin fəaliyyətinə xitam verilib (VİDEO)
Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb - SƏRƏNCAM
Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)
Sabah 19197 abituriyent qəbul imtahanı verəcək
Pekin aeroportlarında 600-dək reys təxirə salınıb
Ermənistanda 201 yeni yoluxma qeydə alınıb
Narkotik becərən şəxs “iş başında” saxlanıldı (FOTO)
Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib
Mədəniyyət Nazirliyinin şöbə müdiri işindən ayrılıb (FOTO)
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib
Monqolustanda bubon taunundan ikinci ölüm qeydə alınıb
Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir (FOTO)
Bu gün Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək
Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlanıb
Cəlilabadda karantini pozan kafe aşkarlandı
İmişlidə bıçaqlanma olub: 1 ölü, 1 yaralı
Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır - İnstitut direktoru
Cənubi Koreyada güclü yağışlar 33 nəfərin ölümünə səbəb olub
BNA: Hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır
Braziliyada bir gündə koronavirusdan 1 274 nəfər ölüb
Bütün xəbərlər