...

Heydər Əliyev Sarayında Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibəti ilə anım tədbiri keçirilib

Cəmiyyət Materials 8 May 2019 01:33 (UTC +04:00)
Heydər Əliyev Sarayında Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibəti ilə anım tədbiri keçirilib
Heydər Əliyev Sarayında Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibəti ilə anım tədbiri keçirilib

Bakı. Trend:

Heydər Əliyev Sarayında Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibəti ilə anım tədbiri keçirilib. Sarayın kollektivi görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi Heydər Əliyevi dərin hörmət və ehtiramla yad ediblər.

Trend-in məlumatına görə, Heydər Əliyev Sarayının direktoru, “Şöhrət” ordenliƏməkdar Mədəniyyət İşçisi Fərhad Babayev çıxışında Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz və misilsiz xidmətlərindən, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmasından, şərəfli həyat yolundan, mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib. O, Ulu Öndərin səmərəli fəaliyyəti sayəsində müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişafı, onun beynəlxalq nüfuzunun sürətlə artmasından, dövlətimizdə sabitliyin və təhlükəsizliyinin hərtərəfli təmin olunması istiqamətində gördüyü işlərin əhəmiyyətindən danışıb.

Sonda mərasim iştirakçıları müdrik rəhbər Heydər Əliyevin həyatı, fəaliyyəti, dövlət quruculuğunda misilsiz xidmətləri, düşünülmüş və məqsədyönlü siyasəti, dövlətimizin tarixində müstəsna xidmətlər göstərməsi barədə geniş məruzə ilə çıxış edərək dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdən sonra Heydər Əliyev Sarayının kollektivi Fəxri xiyabana gələrək Ümummilli Liderin məzarını ziyarət ediblər.

Xəbər lenti

Xəbər lenti