...

“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Samux, Yevlax və Göyçayda keçirilib (FOTO)

Cəmiyyət Materials 14 May 2019 10:23 (UTC +04:00)
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.
“Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbirləri Samux, Yevlax və Göyçayda keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, növbəti görüşlər Samux rayonu F.Əliyev adına şəhər 2 nömrəli tam orta məktəb, Yevlax rayonu S.Əliyev adına 1 nömrəli tam orta məktəb və Göyçay rayonu 2 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilib. Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.

Daha sonra Agentliyin regional bölmələrinin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, fast food-un zərərləri, süd və süd məhsullarının faydaları, quduzluq və ondan qorunma yolları, qablaşdırma məhsullarının qidaya təsiri, enerji içkilərinin insan orqanizmində yaratdığı fəsadlar barədə ətraflı məlumat verilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb. AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilib və onların müsabiqəyə qatılmaları tövsiyə olunub.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti