...

SÜRÜCÜLƏR! Bu yollarda rənglənmə var

Cəmiyyət Materials 21 May 2019 15:28 (UTC +04:00)
Bakı şəhəri, Mərdəkan avtomobil yol qovşağından Buzovna dairəsinə kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
SÜRÜCÜLƏR! Bu yollarda rənglənmə var

Bakı. Samir Əli - Trend:

Bakı şəhəri, Mərdəkan avtomobil yol qovşağından Buzovna dairəsinə kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bundan başqa, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsindən "Vaz" dairəsinə qədər hissədə də aparılacaq.

İşlər axşam saat 22:00-dan səhər saatlarınadək davam edəcək.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti