...

“Trend” BİA və “Azernews” qəzeti Şotlandiyada 71-ci "World News Media Congress" və "World Editors Forum"da təmsil olunurlar (FOTO)

Cəmiyyət Materials 1 İyun 2019 12:25 (UTC +04:00)
“Trend” BİA və “Azernews” qəzeti Şotlandiyada 71-ci "World News Media Congress" və "World Editors Forum"da təmsil olunurlar
“Trend” BİA və “Azernews” qəzeti Şotlandiyada 71-ci "World News Media Congress" və "World Editors Forum"da təmsil olunurlar (FOTO)

Bakı. Trend:

“Trend” BİA və “Azernews” qəzeti Şotlandiyada 71-ci "World News Media Congress" və "World Editors Forum"da təmsil olunurlar.

Transmilli media rəhbərlərinin iştirakı ilə keçirilən tədbir iyulun 1-də Qlazqo şəhərində öz işinə başlayıb və iyulun 3-nə kimi davam edəcək.

Konqresdə 65-dən çox dünya KİV-lərindən 800-dən çox nümayəndə iştirak edir.

"World News Media Congress" – dünya qəzetlərinin rəhbərləri, o cümlədən naşirlər, redaktorlarnın illik toplantısıdır. Tədbir hər il müxtəlif şəhərlərdə keçirilir. 2018-ci ildə Konqres Portuqaliyada 60-dan çox ölkədən 900-ə yaxın nümayəndəni 3-günlük konfranslarda, rəhbər görüşlərində, şəbəkə və ictimai tədbirlərdə iştirak etmək üçün bir araya gətirmişdi.

Keçirilən tədbirlərdə KİV-lərin strateji idarəetmə, redaksiya siyasəti və təcrübə məsələləri, istehsal proseslərində keyfiyyətin artırılması və nəzarətin tətbiqi, reklamverən və auditoriya arasında qarşılıqlı münasibətlərdə iqtisadi modellərin işlənilməsi, məhsulun yayıcıları və s. üzrə geniş məlumat və tövsiyələr verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti