...

Tələbə və məzunlar “Məşğulluq” altsistemi barədə maarifləndirilib (FOTO)

Cəmiyyət Materials 10 İyun 2019 18:36 (UTC +04:00)
Dövlət Məşğulluq Xidməti Əmək Yamarkasında iştirak edib.
Tələbə və məzunlar “Məşğulluq” altsistemi barədə maarifləndirilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə keçirilən Əmək Yamarkasında iştirak edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkada Dövlət Məşğulluq Xidmətinin şəhər və rayon mərkəzlərinin nümayəndələri tələbə və məzunlara “Məşğulluq” altsistemi barədə məlumat verib.

Həmçinin bu altsistemə yerləşdirilməsi üçün iştirakçılardan CV-lər qəbul edilib. Yarmarkaya gələn gənclərə Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri – özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, “Karyerada ilk addım” tədbirləri, əmək bazarındakı mövcud vəziyyət barədə də ətraflı məlumatlar verilib.

Qeyd edək ki, əmək yarmarkasında 50-ə yaxın dövlət və özəl müəssisəsindən 300 vakant iş yeri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti