Bakı. Samir Əli - Trend:
“Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. Müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.
"Bakı Metropoliten" QSC-dən Trend-ə verilən məlumata görə, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.
Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır.
Qeyd edək ki, “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.
Onu da əlavə edək ki, “Həzi Aslanov” stansiyasında olan “ET-5M” tipli 2 saylı eskalatorun əsaslı təmiri artıq başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib.