...

Bakıda ən yüksək əməkhaqqı bu sahələrdə verilir - SİYAHI

Cəmiyyət Materials 3 İyul 2019 12:04 (UTC +04:00)
2019-cu yanvar-aprel aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 820,0 manat olub.
Bakıda ən yüksək əməkhaqqı bu sahələrdə verilir - SİYAHI

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu yanvar-aprel aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 820,0 manat olub.

Trend-in məlumatına görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə ən aşağı əməkhaqqı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti