...

TREND-in əməkdaşı "Alyans" Xüsusi Xidmət Veteranlar Birliyi tərəfindən mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 19 İyul 2019 14:33 (UTC +04:00)
İyulun 19-da TREND İnformasiya Agentliyinin əməkdaşı "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyi tərəfindən təltif olunub.
TREND-in əməkdaşı "Alyans" Xüsusi Xidmət Veteranlar Birliyi tərəfindən mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

İyulun 19-da TREND İnformasiya Agentliyinin əməkdaşı "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyi tərəfindən təltif olunub.

Trend-in məlumatına görə, "Alyans" Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov, TREND İnformasiya Agentliyinin müxbiri Ceyhun Ələkbərovu sözügedən qurumla birgə gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyəsi işində ardıcıl və fəal iştirakına görə "Fəxri fərman"la təltif edib.

Ş.Süleymanov vurğulayıb ki, "Alyans"ın fəaliyyətinin populyarlaşmasında TREND İnformasiya Agentliyinin əvəzsiz rolu olub. "Alyans" İctimai Birliyinin sədr müavini Azər Qarayev də, öz növbəsində TREND-ə öz təşəkkürünü bildirərək, Agentliyin bütün əməkdaşlarına uğurlar arzu edib.

Qeyd edək ki, Azərbaycan Respublikası “Alyans” Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi 5 may 2004-cü il tarixdə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Birliyin əsas məqsədi təhlükəsizlik orqanları veteranlarının sosial uyğunlaşmasına və birlik üzvlərinə maddi, mənəvi və digər əməli köməkliklər göstərmək, müxtəlif sosial və yaxud tibbi proqramlara yardım üçün məqsədli vəsaitlər cəlb etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti