...

Maqnit qasırğasının səviyyəsi açıqlandı

Cəmiyyət Materials 26 İyul 2019 21:42 (UTC +04:00)
Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu açıqlayıb.
Maqnit qasırğasının səviyyəsi açıqlandı

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Trend-ə verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub.

Elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub.

Hesabat dövründə Günəş küləyi parametrlərində də sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Qeyd edilib ki, geomaqnit sahə son saatlar ərzində ümumən çox sakit olub. Proqnoz dövründə qarşıdakı günlərdə də Günəş fəallığının çox aşağı səviyyədə qalacağı proqnozlaşdırılıb.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti