...

Komandaların nümayəndələri “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin keçiriləcəyi ərazi ilə tanış olublar (VİDEO)

Cəmiyyət Materials 2 Avqust 2019 23:25 (UTC +04:00)
Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak edən komandaların nümayəndələri dənizdə tapşırıqların yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər
Komandaların nümayəndələri “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin keçiriləcəyi ərazi ilə tanış olublar (VİDEO)

Bakı. Trend:

Avqustun 2-də “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak edən komandaların nümayəndələri dənizdə tapşırıqların yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Komandaların rəhbər heyəti ilə müsabiqənin keçirilməsi qaydaları, təhlükəsizlik və digər təşkilati məsələlərlə bağlı ilkin təlimat da keçirilib. Dənizdə gəmilərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi müəyyənləşdirilib, o cümlədən müsabiqənin çalışmaları üzrə naviqasiya və taktiki hesablamalar da aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti