...

Samuxda və Bakının 2 rayonunda qaz olmayacaq

Cəmiyyət Materials 20 Avqust 2019 09:48 (UTC +04:00)
Sabunçu rayonunda aparılan abadlıq işləri ilə bağlı orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinə zəruriyyət yaranıb.
Samuxda və Bakının 2 rayonunda qaz olmayacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün saat 09:00-dan etibarən Samux rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, bu müddət ərzində texniki baxış zamanı aşkarlanmış qaz sızmalarının ləğvi işləri aparılacaq.

Həmçinin bu gün saat 10.00-dan Binəqədi rayonu Xocahəsən qəsəbəsində yeni çəkilmiş qaz xəttinin və qollarının qoşulması da icra olunacaq. Bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocahəsən qəsəbələrində qaz təchizatı dayandırılacaq. Bundan başqa, Sabunçu rayonunda aparılan abadlıq işləri ilə bağlı orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinə zəruriyyət yaranıb. Saat 10:00-dan işlər başa çatanadək Kürdəxanı kəndində də qaz təchizatı dayandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti