...

Səhiyyə Nazirliyi: Lənkərandakı qəzada yaralananların 5-i xəstəxanadadır

Cəmiyyət Materials 29 Avqust 2019 16:04 (UTC +04:00)
Lənkəranda PAZ markalı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması baş verən yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların 5-i hazırda müalicəsini xəstəxanada davam etdirir.
Səhiyyə Nazirliyi: Lənkərandakı qəzada yaralananların 5-i xəstəxanadadır

Bakı. İlhamə İsabalayeva - Trend:

Lənkəranda PAZ markalı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə yaşayış evinin həyətinə aşması nəticəsində xəsarət alanların 5-i hazırda müalicəsini xəstəxanada davam etdirir.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, xəstəxanada müalicəsini davam etdirən 5 nəfərin biri reanimasiya şöbəsində yerləşdirilib. Digər 4 nəfər isə travmatologiya şöbəsində palataya yerləşdiriliblər.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, hadisə nəticəsində 23 nəfər müxtəlif xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəza nəticəsində sürücü yerindəcə dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti