Bakı. Trend:
Yeni illə bağlı iş və istirahət günlərinin yeri dəyişdirilib.
Trend-in Nazirlər Kabinetinin saytına istinadən məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Sənədə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilir.