AHİK-də Ulu Öndərin xatirəsi anılıb (FOTO)

AHİK-də Ulu Öndərin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Dekabrın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Trend-ə verilən məlumata görə, tədbirdə AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək bildirib ki, öz xalqı, Vətəni üçün çoxlarının görə bilmədiyi işləri görən, ölkəsinin gələcək inkişaf yollarını düzgün müəyyən edən və cəmiyyəti bu yolun düzgünlüyünə inandıra bilən H.Əliyevin xidmətləri yalnız öz xalqının xilaskarı sayılan tarixi şəxsiyyətlərin xidmətləri ilə müqayisə oluna bilər. Ən başlıcası odur ki, ümummilli lider müdrik rəhbər kimi hər bir azərbaycanlını müstəqilliyimizin qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa və yaşatmağa istiqamətləndirə bilmişdir.

Azərbaycan Həmkarlar İttifaqlarının möhkəmləndirilməsində, sıralarının genişləndirilməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında ulu öndərin tutduğu mövqe bizə yaxşı məlumdur.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra AHİK-in mütəxəssisləri tərəfindən həmkarlar ittifaqlarının yerini və statusunu dəqiq müəyyənləşdirən qanun layihəsi hazırlanmış və təsdiq üçün Milli Məclisə təqdim edilmişdir. Ulu öndərin xeyir-duası və tam dəstəyi ilə AHİK-in işləyib hazırladığı layihə əsasında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının 24 fevral 1994-cü il tarixli Qanunu qəbul edilmişdir.

Ulu öndərin yaxından köməkliyi ilə Azərbaycan Həmkarlar İttifaqlarının bütün təşkilatlarının, müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, onun birbaşa köməkliyi ilə həmkarlar ittifaqlarının vəsaiti hesabına bir sıra mədəniyyət, sağlamlıq-müalicə obyektləri və idman qurğuları tikilib əməkçilərin istifadəsinə verilmişdir.

Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi bütün tədbirlərə diqqət və qayğı ilə yanaşan ümummilli lider H.Əliyev AHİK-in I və II qurultaylarına təbrik məktubu ünvanlamışdır.

Ulu öndərin AHİK-in qurultaylarında iştirak edən beynəlxalq və xarici ölkə həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşündə respublika həmkarlar ittifaqlarına, o cümlədən AHİK-ə yüksək qiymət verməsi, onların fəaliyyətinin genişləndirilməsi üçün mühüm addımlar atılacağını bildirməsi və bu görüşlərdən birində özünün də həmkarlar ittifaqının üzvü olduğunu və müntəzəm olaraq üzvlük haqqını ödədiyini iftixarla söyləməsi ulu öndərin həmkarlar ittifaqına olan ən böyük inamı idi.

S. Möhbalıyev deyib ki, Həmkarlar ittifaqlarına doğma münasibəti ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı ölkə Prezidenti İlham Əliyev cənablarından da görürük. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təkliflərinin hökumət və şəxsən hörmətli Prezidentimiz tərəfindən daim müdafiə olunması bunun bariz nümunəsidir. Əhalinin sağlamlığının qorunması, bütün kateqoriyalardan olan insanların əməkhaqlarının, pensiyalarının, eləcə də işsizliyə görə müavinətlərin həcminin artırılması ilə əlaqədar verilən təkliflərin, demək olar ki, çoxusu qəbul olunmuşdur. «Həmkarlar ittifaqları haqqında» Qanuna, Əmək və İnzibati Xətalar Məcəllələrinə edilən bir sıra dəyişiklik və əlavələr cəmiyyətdə həmkarlar ittifaqının rolu və statusunun daha da artmasına, onun maliyyə vəziyyətinin möhkəmlənməsinə şərait yaratmışdır.

Möhtərəm prezidentimiz təşkilatımızın yaradılmasının yubileyləri, AHİK-in qurultayları ərəfəsində, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaradılmasının 40 illiyi münasibətilə həmkarlar ittifaqı hərəkatında, kurort, turizm sistemi və səhiyyənin inkişafındakı xidmətlərinə görə həmkarlar ittifaqlarının 450 işçisini fəxri adlarla, orden və medallarla mükafatlandırmışdır.

Bu gün hörmətli prezidentimiz İ.Əliyevin rəhbərliyi ilə həmkarlar ittifaqlarının da tamamilə dəstəklədiyi və maraq dairəsində olan sosial islahatları uğurla davam etdirilir. Cari ildə 4 milyon 200 mindən artıq insan çox geniş sosial paketlə əhatə olunubdur və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artmışdır. Minimum əməkhaqqı, müavinətlər təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artmışdır.

Ölkədə aparılan islahatlar, eyni zamanda Azərbaycanın beynəlxalq imicini yüksəldir və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Məhz bütün bunlara görədir ki, Prezident xalqına, xalq isə öz liderinə güvənir. 2019-cu ilin ötən dövrünə, ictimai-siyasi və sosial həyatda baş verən hadisələrə nəzər yetirsək görəririk ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin atdığı addımlar, sosial-iqtisadi və yeni kadr islahatları xalqın Prezidentinə olan etimadını daha da artırıb.

AHİK sədri daha sonra vurğulayıb ki, Prezident İlham Əliyevin inkişaf konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşmış, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açmışdır. Bu siyasətin həyata keçirilməsinə Mehriban xanım Əliyeva dəyərli töhfələr verir. Mehriban xanımın təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilibdir. Mehriban xanım Əliyevanın Azərbaycanın müstəqil dövlətçiliyi, millətin sosial-mədəni inkişafı, milli dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizin dünyada yüksək və qədim mədəniyətyə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri vardır.

Bütün bunlar Azərbaycanın Birinci Vitse-prezidentinin bir insan, şəxsiyyət və dövlət xadimi kimi necə yüksək keyfiyyətlərə ialik olduğunun parlaq təzahürüdür.

Həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş firavan gələcəyinə həsr etməkdən şərəf duymuş Heydər Əliyev xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Ulu öndərin şah əsəri olan Azərbaycan onun layiqli davamçısı – dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha da inkişaf edəcək, strateci hədəflərə uğurla çatacaqdır.

İspaniyaya turist axını 70 faizdən çox azalıb
İspaniyaya turist axını 70 faizdən çox azalıb
Türkiyə turlarının qiymətləri kəskin BAHALAŞIB - Ekspert
Türkiyə turlarının qiymətləri kəskin BAHALAŞIB - Ekspert
Türkiyəyə səfər edən azərbaycanlıların sayı kəskin azalıb
Türkiyəyə səfər edən azərbaycanlıların sayı kəskin azalıb
Loading Bars
Xəbər lenti
Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb
“Torino”nun baş məşqçisi istefa verib
Mütəxəssis: İki həftə ərzində çimərliklərə getmə orqanizmin güclənməsində xüsusi rol oynaya bilər
TƏBİB koronavirus testlərinin çatışmazlığı barədə iddialara münasibət bildirib
Anar Əliyev: İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,2 milyon manat nəzərdə tutulur
Deputat Sevil Mikayılovanın təşəbbüsü ilə Xudat sakinlərinə Qurban sovqatları paylanılıb (FOTO)
Yardımlıda "VAZ" yanıb
DSMF-nin gəlir və xərclərinin azalma səbəbi açıqlanıb (FOTO)
Təhsil Nazirliyində vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır
İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub
PAŞA Sığorta KASKO sığortası üzrə yeni endirim kampaniyasına start verir
Özünüməşğulluq proqramına qoşulmaq istəyənlər KOBİA-nın dəstəyindən də faydalana bilər
İranda daha 212 nәfәr koronavirusdan ölüb
Rabitə Nazirliyi genişzolaqlı internetin əhatə dairəsinin genişləndirilməsi üçün yeni texnologiyalar tətbiq edir
Masazırda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb (FOTO)
Türkiyədə zəlzələ baş verib
Norveçdə kruiz laynerinin sərnişinləri koronavirusa yoluxub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub (FOTO)
Avqustun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb
Sabah hava yağmursuz keçəcək, 35 dərəcəyə qədər isti olacaq
Almaniyada koronavirus pandemiyasının ikinci dalğası başlayıb
Yumşalma prosesi tədricən olmalı, sanitar-epidemioloji vəziyyətə uyğun mərhələli addımlar atılmalıdır - Deputat
AQTA ictimai iaşə müəssisələrinə müraciət etdi
Bolqarıstanda erməni əslli faşist Qaregin Njdeyə film çəkilib və heykəl ucaldılır (VİDEO)
Şəkidə leysan yağışlar evlərə və təsərrüfata ziyan vurub - Dəymiş zərər aktlaşdırılır
Bələdiyyə sədrləri və market direktoru cərimələndi (FOTO)
Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb
Azyaşlı azərbaycanlı bloger Ermənistanın faşist siyasətinə etirazını bildirib
Fransa mətbuatında Elçin Əmirbəyovla Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş müsahibə dərc edilib
Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olunub (ƏLAVƏ OLUNUB)
Neft Fondu iyulda valyuta hərraclarında 515,5 milyon dollar satıb
Azərbaycan nefti bahalaşır
Kürdəmirdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb
Azərbaycana tibbi maska istehsal edən avadanlıqlar gətirilib (FOTO)
Rusiyada koronavirusa yoluxanların sayı 860 min nəfəri keçib
Bakıda gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir (FOTO)
Azərbaycanın zərgərlik sahəsi yeni səviyyəyə keçir
Meksikanın nüfuzlu mətbuat orqanı Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edib
İsmayıllıda qrup şəklində ziyarətgaha gedənlər cərimələnib
Koronavirusla bağlı futbolda yeni qayda pozuntusu əlavə edilib
Bir neçə rayona leysan yağıb, çaylardan sel keçib
Yetkinlik yaşına çatmayanların baxımsızlığı istiqamətində tədbirlər həyata keçiriləcək
Tanışı ilə birlikdə həmkəndlisinin evindən oğurluq edən rayon sakini saxlanılıb
Ermənistanda koronavirusa yoluxanların sayın 39 mini keçib
Deputat: Koronavirusla bağlı müsbət dinamikanın saxlanması üçün qaydalara riayət etmək vacibdir
Biləsuvarda əxlaqsızlıq yuvası aşkarlandı
Tramp ABŞ tarixinin ən böyük səhvini açıqlayıb
Göyçayda mal-qara oğruları saxlanılıb
Qazax sakini ehtiyatsızlıqdan həyat yoldaşını güllələyib öldürdü
Bravoda Mastercardla ödə, yeni Lexusla get (FOTO)
BŞTİ-də vətəndaşların qəbulu avqustun 31-dək dayandırılır
Azərbaycanda qızıl və gümüş bahalaşıb
DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir
ABŞ Əfqanıstandakı hərbi kontingentini azaldacaq
Pensiyalar və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq - Komitə sədri
Kapital Bank tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir
Qusarda 14 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur (FOTO)
Ermənistan-Azərbaycan hərbi münaqişəsinin alovlanması ermənilərin faşist xislətini bir daha göstərdi - Deputat
Milli Məclisin deputatı Fəttah Heydərov vəfat edib
Nərimanovda 28 yaşlı gənc qətlə yetirilib
Qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlər cərimələnib (FOTO)
Bakı şəhərində “Azpetrol”un yeni YDM-i istismara verildi (FOTO)
Avqustun 4-də xarici valyutaların manata qarşı məzənnələri
Müdafiə Nazirliyi: Tovuz, Gədəbəydəki mövqelərimiz atəşə tutulub
Xüsusi karantin elan edilən rayonlarda reydlər keçirilib (FOTO)
Azərbaycan Türkiyədən avtomobil ixracını artırıb
100 ildən artıq Azərbaycanın tarixi alətlərini hazırlayan Yaqubovlar (VİDEO) (FOTO)
"İsaias" qasırğası Şimali Karolina sahillərinə çatıb
Ariane 5 raketinin buraxılışı avqustun 14-nə planlaşdırılıb
Cənubi Koreyada leysan yağışlar 12 nəfərin ölümünə səbəb olub
İspaniyaya turist axını 70 faizdən çox azalıb
Di Kaprio "Apple" ilə eksklüziv müqavilə imzaladı
İngiltərədə rəqibin üzərinə öskürən futbolçular oyundan uzaqlaşdırılacaq
Braziliyada koronavirusa daha 16 641 nəfər yoluxub
Tramp ABŞ-da coronavirusun gerilədiyini elan edib
Moskvada koronavirusdan ölənlərin sayı 4 510 nəfərə yüksəlib
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 257 mindən çox artıb
İtaliyada yeni avtomobil körpüsünün açılışı olub
Samur-Abşeron kanalından meyit çıxarılıb
Erməni təcavüzü və Paşinyanın uğursuz diaspor siyasəti-“Hədəf”də (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 217 min nəfəri ötüb
Baş verənlər göstərir ki, düşmən hər an yeni təxribatlara əl ata bilər
Məktəblilər su ehtiyatları ilə bağlı maarifləndirilir- bu dəfə onlayn qaydada
Masallı və Cəlilabadda maska taxmayanlar cərimələnib (FOTO)
Təlimlərə qatılan hərbçilərin bayram günlərində istirahətləri təşkil olunub (FOTO)
İsveç Azərbaycanlılarının Koordinasiya Şurası təkzib yayıb
Sumqayıt şəhərində karantin qaydalarına əməl etməyənlərə qarşı növbəti reyd keçirilib (FOTO/VİDEO)
Çimərliklərdən istifadə ilə bağlı videotəlimat hazırlanıb
COVID-19 ilə mübarizə aparan italiyalı tibb mütəxəssisləri Azərbaycana gəliblər (FOTO) (ƏLAVƏ OLUNUB)
Çindən Azərbaycana tibbi ekspert qrupunun göndərilməsi barədə nota mübadiləsi imzalanıb
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Dənizdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Hərbi hissədə Qurban bayramı münasibətilə tədbir keçirilib (FOTO/VİDEO)
Şəmkirdə top mərmisi tapılıb (FOTO)
Mingəçevirdə tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
İqtisadiyyat Nazirliyi: 7629 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Hikmət Hacıyev: Toy mərasimlərinin bərpası koronavirusun artmasına səbəb ola bilər
Məişət tullantılarının daşınması ilə əlaqədar Bakıda islahatlar aparılır - RƏSMİ
Yaqut Qarayeva: COVİD-19-un mutasiyası barədə fikir söyləmək çox tezdir
İctimai iaşə obyektləri çimərliklərə onlayn çatdırma edə bilər - RƏSMİ
Bütün xəbərlər