...

Bakıda və Abşeronda qış yarmarkaları təşkil olunacaq

Cəmiyyət Materials 18 Dekabr 2019 12:59 (UTC +04:00)
Bakıda və Abşeronda qış yarmarkaları təşkil ediləcək
Bakıda və Abşeronda qış yarmarkaları təşkil olunacaq

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı və Abşeronda bayramla əlaqədar yarmarkalar təşkil ediləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib.

Onun sözlərinə görə, qış yarmarkaları Yasamal, Binəqədi, Nərimanov, Suraxanı və Abşeronun rayonlarında təşkil ediləcək: “Azərbaycanlıların Dünya Həmrəyliyi və Yeni İl bayramı ilə əlaqədar dekabrın 21-dən ongünlük qış yarmarkası təşkil ediləcək. Həmin yarmarkalarda kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı, əhali üçün əyləncəli şou-proqram da nəzərdə tutulub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti