...

Ombudsman Aparatı ilə Prezident Kitabxanası arasında əməkdaşlıq müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2019 20:17 (UTC +04:00)
Ombudsman Aparatının nümayəndələri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar.
Ombudsman Aparatı ilə Prezident Kitabxanası arasında əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının nümayəndələri Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında olublar.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Aparatın ümumi şöbəsinin müdiri İbrahim Abdullayev, Sənədlərin icrasına nəzarət şöbəsinin müdiri Seymur Məmmədli, Ümumi şöbənin kitabxanaçı-arxiv qeydiyyatçısı Azadə Novruzova və Dəftərxana sektorunun baş mütəxəssisi Mətanət Eyvazova Prezident Kitabxanasının direktor müavini Kəmalə Sarıcalınskaya ilə görüşüblər.

Görüşdə kitabxananın fəaliyyəti ilə bağlı geniş məlumat verilib, qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən bəhs olunub. Gələcəkdə Ombudsman Aparatı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası arasında əməkdaşlığın uğurlu inkişafını təmin etmək məqsədilə bir sıra təkliflər irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti