...

Yollarda sürət həddi azaldıldı, sürücülərə xəbərdarlıq edildi

Cəmiyyət Materials 13 Yanvar 2020 09:12 (UTC +04:00)
Bakıda əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.
Yollarda sürət həddi azaldıldı, sürücülərə xəbərdarlıq edildi

Bakı. Samir Əli - Trend:

Bakıda əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir", - deyə BNA-dan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti