...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 15 növdə e-arayış xidmətini istifadəyə verməyi planlaşdırır

Cəmiyyət Materials 13 Yanvar 2020 10:36 (UTC +04:00)

Bakı. Trend:

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb.

Trend nazirliyə istinadən bildirir ki, onlar aşağıdakılardır:

1. İş yerinə dair e-arayış xidməti

2. Əlilliyə dair e-arayış xidməti

3. Müavinətlə təmin edilmə barədə e-arayış xidməti

4. Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti

5. Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti

6. Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti

7. Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə e-arayış xidməti

8. Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti

9. Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti

10. Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti

11. Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti

12. Fərdi şəxsi hesab barədə e-arayış xidməti

13. Məşğulluq altsistemindən e-arayış xidməti

14. Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti

15. Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.

Bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.

2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti