...

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir

Cəmiyyət Materials 24 Yanvar 2020 10:30 (UTC +04:00)
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir

Bakı. Trend:

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yüksək gərginlikli avadanlıqlara illik texniki servis xidmətinin satınalması üzrə açıq müsabiqə elan edir.

Trend-in məlumatına əsasən, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtlərində göstərilən, qiymət təklifi istisna olmaqla) 4 fevral 2020-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 6 fevral 2020-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 7 fevral 2020-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.

Əlaqə telefonları: 599-00-03 (1402).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti