...

“Yüksəliş” müsabiqəsinin onlayn seçim mərhələsi üçün proqram və ədəbiyyat siyahısı açıqlanıb

Cəmiyyət Materials 24 Yanvar 2020 10:23 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi “Yüksəliş” müsabiqəsində ikinci – onlayn seçim mərhələsinə hazırlaşmaq üçün proqram və ədəbiyyat siyahısını açıqlayıb.
“Yüksəliş” müsabiqəsinin onlayn seçim mərhələsi üçün proqram və ədəbiyyat siyahısı açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi “Yüksəliş” müsabiqəsində ikinci – onlayn seçim mərhələsinə hazırlaşmaq üçün proqram və ədəbiyyat siyahısını açıqlayıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, “Yüksəliş” müsabiqəsində qeydiyyat mərhələsini uğurla başa vuran iştirakçılar onlayn seçim mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi xüsusiyyətləri əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyatı) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə, düşüncə sürəti) formatında keçiriləcək.

İmtahanlara hazırlaşmaq üçün müvafiq proqram və ədəbiyyat siyahısı http://dim.gov.az/upload/iblock/165/165677805996bdc56ea3ead526b8a34b.pdf linkində yerləşdirilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qeydiyyat 2020-ci il 2 fevral saat 18.00-dək davam edəcək. Müsabiqə haqqında ətraflı məlumatı yukselish.az saytından əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti