...

NATO ekspertləri Azərbaycan hərbçilərinə təlim keçir (FOTO)

Cəmiyyət Materials 29 Yanvar 2020 16:14 (UTC +04:00)
Bakıda “NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda kurs keçirilir.
NATO ekspertləri Azərbaycan hərbçilərinə təlim keçir (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2020-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO-nun Brunsumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda “NATO-da təlimlərin planlaşdırılması prosesi” mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirak etdikləri kursda NATO-nun ekspertləri tərəfindən iştirakçılara Şimali Atlantika Alyansında əməliyyatların planlaşdırılması, layihələndirilməsi, qiymətləndirilməsi prosesi, məlumatların təhlili və digər mövzulara dair təqdimatlar verilir, praktiki qrup tapşırıqları həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti