...

“Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert olub

Cəmiyyət Materials 1 Fevral 2020 23:12 (UTC +04:00)
“Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim edilib
“Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert olub

Bakı. Trend:

Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim edilib.

Trend-ə Mədəniyyət Nazirliyindən verilən məlumata əsasən, layihənin budəfəki konsertində mərkəzin solistləri Almaxanım Əhmədli, Səbinə Ərəbli və Hüseyn Məlikovun ifasında “Bayatı Şiraz” muğamı səslənib.

Mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti