...

Paytaxt üzrə 5 mindən çox şagird olimpiadanın yarımfinalına çıxıb

Cəmiyyət Materials 7 Fevral 2020 13:53 (UTC +04:00)
Respublika fənn olimpiadalarının yarımfinal turuna qeydiyyat başlayıb.
Paytaxt üzrə 5 mindən çox şagird olimpiadanın yarımfinalına çıxıb

Bakı. Trend:

Respublika fənn olimpiadalarının yarımfinal turuna qeydiyyat başlayıb.

Trend-in məlumatına görə, qeydiyyat www.olimpiada.edu.az saytı vasitəsilə fevralın 15-nə kimi davam edəcək.

Yarımfinal turuna rayon (şəhər) mərhələsində uğur qazanan və ötən tədris ili üzrə beynəlxalq fənn olimpiadalarında qalib gəlmiş şagirdlər cəlb olunacaqlar.

Olimpiadada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1 257, riyaziyyat fənni üzrə 1 283, informatika fənni üzrə 155, fizika fənni üzrə 404, kimya fənni üzrə 604, biologiya fənni üzrə 376, tarix fənni üzrə 458, coğrafiya fənni üzrə 480 nəfər olmaqla, ümumilikdə 5 017 şagird iştirak edəcək.

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti