...

Azərbaycanlı gimnast batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda finala çıxıb

Cəmiyyət Materials 15 Fevral 2020 11:39 (UTC +04:00)
Azərbaycanlı gimnast Fərid Mustafayev (tamblinq) batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun finalına çıxıb.
Azərbaycanlı gimnast batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda finala çıxıb

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanlı gimnast Fərid Mustafayev (tamblinq) batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun finalına çıxıb.

Trend bildirir ki, F.Mustafayev iki cəhdin nəticələrinə əsasən finala 60,9 xalla vəsiqə qazanıb.

Tamblinq üzrə Dünya Kubokunun finalına, həmçinin Avstraliya, ABŞ, Rusiya və Qazaxıstan idmançıları da çıxıblar.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti