...

Açıq müsabiqə - “Gömrük anbarının elektron idarəolunması” üzrə proqram təminatı

Cəmiyyət Materials 18 Fevral 2020 14:00 (UTC +04:00)
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti “Gömrük Anbarının Elektron İdarəolunması” üzrə proqram təminatının satınalması üzrə açıq müsabiqə elan edir.
Açıq müsabiqə - “Gömrük anbarının elektron idarəolunması” üzrə proqram təminatı

Bakı. Trend:

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti “Gömrük Anbarının Elektron İdarəolunması” üzrə proqram təminatının satınalması üzrə açıq müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (qiymət təklifi istisna olmaqla) 26 fevral 2020-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 27 fevral 2020-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 28 fevral 2020-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Əlaqə telefonları: 599-00-03 (1402).

Satınalma Komissiyası

Məqalədə:
Xəbər lenti

Xəbər lenti