...

Ombudsman Aparatının əməkdaşları Memorial Soyqırımı Muzeyində olub

Cəmiyyət Materials 19 Fevral 2020 14:57 (UTC +04:00)
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının bir qrup əməkdaşı Hərbi Prokurorluqda fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində olub.
Ombudsman Aparatının əməkdaşları 
Memorial Soyqırımı Muzeyində olub

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının bir qrup əməkdaşı Hərbi Prokurorluqda fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində olub.

Aparatın Mətbuat xidmətindən Trend-ə bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunub.

Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin təşəbbüsü ilə yaradılan və 2014-cü il fevralın 24-də açılışı olan muzey XX əsrin əvvəllərindən etibarən erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Bu muzeyin Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən tarixi özündə əks etdirdiyi diqqətə çatdırılıb.

Dörd bölmədən - tarix, deportasiya-repressiya, soyqırımı və terror bölməsindən ibarət olan Memorial Soyqırımı Muzeyində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin və keçmiş sovet ordusunun 366-cı alayının Xocalı şəhərinə birgə hücumunu, Xocalı və ətraf ərazilərin işğalını əks etdirən maket yer alıb.
Muzeydə, həmçinin müxtəlif sənəd və fotolar, bir sıra digər eksponatlar sərgilənir. Erməni terrorçularının hücum zamanı istifadə etdikləri partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır.

Tanışlıq zamanı muzeydə saxlanılan, tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımı haqqında reallığı özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.
Sonda erməni vandalları tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı və deportasiyaları tarixi sənədlər, istintaq materialları və şahid ifadələri əsasında əks etdirən “Əsrin faciəsi” adlı sənədli film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti