Bakı. Trend:
Bu gün bəzi qəsəbələrdə su olmayacaq.
“Azərsu” ASC-dən Trend-ə verilən məlumata əsasən, magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 06 mart 2020-ci il tarixində gün ərzində Müşviqabad, 28 May, Nübar, Sulutəpə və Biləcəri qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.