...

Gömrük-sərhəd buraxılış məntəqələrində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir (VİDEO)

Cəmiyyət Materials 14 Mart 2020 16:23 (UTC +04:00)
Koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir.
Gömrük-sərhəd buraxılış məntəqələrində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, respublikamızın bütün gömrük-sərhəd buraxılış məntəqələrində, o cümlədən Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” və “Biləsuvar” gömrük postlarında mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Ölkəyə daxil olan nəqliyyat vasitəsi stasionar dezinfeksiya qurğusundan keçməklə rejim zonasına daxil olur.

İkinci mərhələdə dezinfeksiya tədbirləri qoruyucu geyim və dezinfeksiyaedici vasitələr ilə təmin edilmiş gömrük əməkdaşları tərəfindən əl ilə həyata keçirilir. Sonra idxal nəzarət xəttində proses bir daha təkrarlanır.

Gömrük nəzarəti başa çatdıqdan sonra mobil gömrük bölməsinin müşayiəti ilə nəqliyyat vasitələri xüsusi terminala yönləndirilir. Terminala daxil olan nəqliyyat vasitəsi bir daha dezinfeksiya edilir. Ölkəmizə gələn yüklər Azərbaycan Respublikası qeydiyyat nişanlı avtomobillərə boşaldılır.

Tranzit yük daşıyan nəqliyyat vasitələri isə Dövlət Yol Polisinin müşayiəti ilə təyinat
nöqtəsinə yola salınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti