...

FHN gücləndirilmiş iş rejimində çalışacaq

Cəmiyyət Materials 15 Mart 2020 18:50 (UTC +04:00)
Azərbaycanda koronavirus təhlükəsi ilə bağl Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejiminə keçir
FHN gücləndirilmiş iş rejimində çalışacaq

Bakı. Trend:

Azərbaycanda koronavirus təhlükəsi ilə bağl Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejiminə keçir.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun profilaktik tədbirlərlə əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi bütün heyəti ilə şənbə və bazar günləri də daxil olmaqla Novruz bayramındakı qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti