...

Karantinə alınmış tələbələrə bayram sovqatı göndərilib (FOTO)

Cəmiyyət Materials 20 Mart 2020 20:20 (UTC +04:00)
Qobustan yerləşən karantin xəstəxanasına bayram sovqatı hədiyyə edilib
Karantinə alınmış tələbələrə bayram sovqatı göndərilib (FOTO)

Bakı. Trend:

Koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşının alınması məqsədi ilə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınmış xaricdə təhsil alan tələbələrimizin Novruz Bayramını yüksək səviyyədə keçirməsi üçün “Azersun Holding”, TƏBİB publik hüquqi şəxsin dəstəyi ilə Qobustan yerləşən karantin xəstəxanasına bayram sovqatı hədiyyə edib.

Milli bayramımızı ailələrindən ayrı qeyd edən tələbələrə şəkərbura, paxlava, qoğal və digər bayram şirniyyatları hədiyyə edilib.

Qeyd edək ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azersun Holding”in bütün müəssisələri və pərkəndə satış şəbəkələri tam qüvvəsi ilə fəaliyyətinə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti