...

Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb (VİDEO)

Cəmiyyət Materials 28 Mart 2020 20:30 (UTC +04:00)
Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb (VİDEO)

Bakı. Trend:

Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən internet klub aşkarlayıb. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibinə qarşı qanuna müvafiq qaydada tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti