Bakı. İlhamə İsabalayeva - Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan ölən şəxslərin dəfninin necə həyata keçirilməsini açıqlayıb.
Trend-in məlumatına görə, TƏBİB-in cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər uzmanı Fərrux Sədirov deyib ki, koronavirusdan ölən şəxslərin dəfni ilə əlaqədar xüsusi tədbirlərə ehtiyac yoxdur. Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də yer alır.