Bakı, Trend:
Bakı Slavyan Universitetinin tələbəsi Nizami Bayramlı “Azərbaycan naminə” esse yazı müsabiqəsində uğur qazanıb.
Universitetdən Trend-ə bildirilib ki, o, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Aprel döyüşlərinin 4-cü ildönümünə həsr olunmuş müsabiqədə üçüncü yerə layiq görülüb. Qeyd edək ki, müsabiqəyə ümumilikdə on universitetdən 323, BSU-nun tələbələri tərəfindən isə 64 esse təqdim olunub.
Müsabiqə “Vətənpərvərlik və şəhidlik zirvəsi”, “Mənəvi dəyərlərimiz” və “Azərbaycançılıq məfkurəsi” mövzularını əhatə edib.