...

Ülvi Mehdiyev: Vətəndaşlar SMS sisteminə aidiyyəti olmayan məzmunda informasiyalar verməkdən qəti surətdə çəkinsinlər

Cəmiyyət Materials 2 Aprel 2020 21:34 (UTC +04:00)
Vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər.
Ülvi Mehdiyev: Vətəndaşlar SMS sisteminə aidiyyəti olmayan məzmunda informasiyalar verməkdən qəti surətdə çəkinsinlər

Bakı. Orxan Cuvarlı - Trend:

Texniki cəhətdən SMS göndərə bilməyən yaşlı vətəndaşlarımız üçün mexanizm hazırlanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Televiziyasında (AzTV) "Hədəf" verilişinin qonağı olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, əhalinin yaşlı qrupuna aid olan vətəndaşların ailə üzvləri bu prosesi həyata keçirə bilər:

"Ailə üzvləri SMS olaraq yaşlı vətəndaşlarımızın şəxsiyyətini təsdiq edən sənədin seriya nömrəsini göndərə bilər. Beş nəfərlik ailədə bir telefonu olan şəxs ailənin digər üzvləri üçün də onların şəxsiyyətini təsdiq edən sənədin seriya nömrəsini daxil etməklə icazə ala bilər. Beləliklə, həmin şəxslərə yaşayış yerini tərk etmək icazəsi veriləcək. Vətəndaşlar zərurət yarandıqda yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər".

Ü.Mehdiyev bildirib ki, vətəndaşlar SMS sisteminə bilərəkdən yanlış məlumatlar verməməlidir:
"Aidiyyəti olmayan məzmunda informasiyalar verməkdən qəti surətdə çəkinsinlər. Bu sistemin arasında analitik monitorinq sistemi dayanır. Real vaxt rejimində daxil olan məlumatlar təhlil olunacaq. Sui-istifadə halları karantin rejiminin pozulması olaraq qiymətləndiriləcək və aidiyyəti hüquq-mühafizə orqanlarına xəbər veriləcək".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək aşağıdakı qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti