...

Səbaildə xüsusi karantin qaydalarını pozan gözəllik salonu aşkar edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 22 Aprel 2020 15:54 (UTC +04:00)
Səbaildə xüsusi karantin qaydalarını pozan gözəllik salonu aşkar edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Səbail rayonunda xüsusi karantin qaydalarını pozan gözəllik salonu aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Nigar Rəfibəyli küçəsində yerləşən “Pəri” gözəllik salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi paytaxt sakini Rüfət Yusubov və daha 3 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb, onlar inzibati qaydada cəzalandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti