...

Bakı Xoreoqrafiya Akademiyasının tələbələri #Evdəqal kampaniyası çərçivəsində xüsusi videorolik hazırlayıb

Cəmiyyət Materials 25 Aprel 2020 11:34 (UTC +04:00)
Bakı Xoreoqrafiya Akademiyasının tələbələri #Evdəqal kampaniyası çərçivəsində xüsusi videorolik hazırlayıb

Bakı. Trend:

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tələbələri #Evdəqal kampaniyası çərçivəsində xüsusi videorolik hazırlayıb.

Trend-in məlumatına görə, videorolikdə BXA-nın orta-ixtisas təhsili pilləsinin Xoreoqrafiya sənəti və Xalq çalğı alətləri ixtisaslarının birinci kurs üzrə bir qrup tələbəsi koronavirus pandemiyası dövründə #evdəqaltəhsildənqalma kompaniyasına dəstək məqsədilə Azərbaycanın görkəmli tarixi şəxsiyyəti Xurşudbanu Natəvanın ölkəmizin tarixində və ədəbiyyatındakı rolu barədə məlumat veriblər.

Layihənin ideya müəllifləri və təşkilatçıları BXA-nın tarix müəllimi Aygül Qurbanova və ədəbiyyat müəllimi Mehriban Haqverdiyevadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti