...

Ramin Bayramlı: Azərbaycanda həftələr üzrə yoluxma sayında azalma müşahidə edilir

Cəmiyyət Materials 1 May 2020 17:29 (UTC +04:00)
Ramin Bayramlı: Azərbaycanda həftələr üzrə yoluxma sayında azalma müşahidə edilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda həftələr üzrə yoluxma sayında azalma müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, amma aprelin 27-dən sonrakı həftə ərzində karantin rejiminin yumşaldılması ilə əlaqədar yoluxma sayındakı azalma tendensiyasında da bir azalma müşahidə edilir. Bu da onu göstərir ki, biz hər cür ssenariyə hazır olmalıyıq:

"İndiyədək Azərbaycanda 1 854 nəfər koronavirusa yoluxub, 25 nəfər isə dünyasını dəyişib. Hazırda 464 nəfər aktiv xəstə Bakıda və regionlarda ayrılmış xüsusi xəstəxanalarda müalicəsini davam etdirir. Onların 20-si reanimasiyadadır ki, bu xəstələrdən 8-i süni tənəffüs aparatına qoşulub".

R.Bayramlı bildirib ki, ölkə üzrə yoluxma hallarının təxminən 50 faizi Bakının payına düşür. Yoluxma hallarının 22 faizi 50-59 yaşlı insanlar arasında qeydə alınır. Yoluxma halları daha çox qadınlar arasında müşahidə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti