...

İbrahim Məmmədov: Narıncı zonada koronavirusa yoluxma daha təhlükəlidir

Cəmiyyət Materials 1 May 2020 17:53 (UTC +04:00)
İbrahim Məmmədov: Narıncı zonada koronavirusa yoluxma daha təhlükəlidir

Bakı. Samir Əli - Trend:

Narıncı zonada koronavirusa yoluxma daha təhlükəlidir. Bu zonada icazə əvvəlki sistemlə qalacaq. Sarı zonada isə karantindən çıxış daha sürətlidir.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, icazə sistemi rayonlarda ləğv olunub. Vətəndaşın evdən hər hansı yerə getməsi üçün icazəyə ehtiyac yoxdur.

İ.Məmmədov qeyd edib ki, dövlət orqanlarında işləyənlərin sayında tədricən artım olacaq. Amma bəzi qadağalar hələ də qüvvədə qalacaq.

"Sanitar-epidemioloji vəziyyətə əsasən narıncı rənglə qiymətləndirilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonundan sarı rənglə qeyd olunan ölkənin digər ərazilərinə gediş və gəliş qadağası qalır. Lakin sarı zona və narıncı zona daxilində hərəkət sərbəstdir. Bundan əlavə, narıncı zonadan kənarda bütün ölkə ərazisində ictimai iaşə obyektləri işləyəcək. Qaydalar hazırlanır və bu qaydalar yaxın günlərdə açıqlanacaq. Qaydalara ciddi nəzarət olunacaq. Obyektlərdə həmin qaydalara nəzarət olunmasa, bu barədə tədbirlər görüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti