Bakı. Trend:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 11-nə olan statistik göstəriciləri açıqlayıb.
Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 134 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 197 545 test aparılıb.