...

Xaricdə virusdan vəfat edən azərbaycanlıların nəşinin ölkəyə gətirilməsi təmin olunur

Cəmiyyət Materials 13 May 2020 17:59 (UTC +04:00)
Xaricdə yaşayan azərbaycanlılardan koronavirusa yoluxanlar var.
Xaricdə virusdan vəfat edən azərbaycanlıların nəşinin ölkəyə gətirilməsi təmin olunur

Bakı. Samir Əli - Trend:

Xaricdə yaşayan azərbaycanlılar arasında koronavirusa yoluxanlar var.

Trend-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, xaricdə yaşayan vətəndaşlarımız arasında koronavirusdan ölənlər də var: “Hətta, əslən azərbaycanlı olan xarici ölkə vətəndaşları sırasında bu virusa yoluxanlar olub. Xaricdə bu virusdan ölən şəxslərin meyitlərinin Azərbaycana qaytarılması ilə bağlı icazə verilir. Həmin vətəndaşların meyitləri xüsusi reyslərlə Azərbaycana gətirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti