...

Sağlamlıq imkanları məhdud uşaqlara onlayn xidmətlər göstərilir

Cəmiyyət Materials 18 May 2020 15:27 (UTC +04:00)
Sağlamlıq imkanları məhdud uşaqlara onlayn xidmətlər göstərilir

Bakı. Trend:

Sağlamlıq imkanları məhdud uşaqlara onlayn qaydada sosial-psixoloji xidmətlər göstərilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Uşaq Bərpa Mərkəzi və Xüsusi Qayğıya ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar sağlamlıq imkanları məhdud uşaqlar üçün onlayn qaydada sosial-psixoloji xidmətlər göstərilir.

Bu xidmətlər Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin onlayn reabilitasiya xidmətləri ilə bağlı Tədbirlər Planına uyğun olaraq təşkil edilib.

Hər iki Mərkəzin mütəxəssisləri tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün onlayn qaydada psixoloq, loqoped, sosial sensor və inteqrasiya xidmətləri, eyni zamanda dərnək məşğələləri təşkil olunur.

100-dək uşaq bu xidmətlərlə əhatə olunub. Bu xidmətlərin təşkilinə onların valideynləri də cəlb olunur və onlara övladlarının reabilitasiyası ilə bağlı zəruri məsləhət və tövsiyələr verilir.

Xüsusi rejimli karantin dövrü başa çatanadək uşaqlara onlayn formada sosial-psixoloji xidmətlərin göstərilməsi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti