Bakı. Trend:
Hindistanın Azərbaycandakı Səfiri B.Vanlalvavna Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Hindistanın Bakıdakı Səfirliyindəki həmkarlarım ilə birlikdə biz, dost Azərbaycan xalqına Ramazan bayramı münasibətilə ən xoş təbriklərimizi çatdırırıq.
Bu xoş bayram cəmiyyətimiz daxilində harmoniya, şəfqət və sülh ruhunu alovlandırmağa fürsət yaradır.
Azərbaycandakı bütün dostlarımızın Ramazan bayramı mübarək olsun. Bu xoş hadisə hər kəsə sevinc və firavanlıq gətirsin".