...

Ötən həftə yoluxma hallarında pik dövr yaşanıb - Ramin Bayramlı

Cəmiyyət Materials 22 May 2020 17:19 (UTC +04:00)
Ötən həftə yoluxma hallarında pik dövr yaşanıb - Ramin Bayramlı

Bakı. İlhamə İsabalayeva – Trend:

Ötən həftə yoluxma hallarının pik dövrü yaşanıb.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, son həftə ərzində mayın 16-da 158 nəfərdə yoluxma halı qeydə alınmaqla, pik dövr yaşanıb:

“Ötən həftə 755 nəfərdə yoluxma halı olub. Bu həftə isə 581 nəfərdə yoluxma aşkar edilib. Biz hələ də yoluxma hallarının intensivliyinin yüksək olduğunu görürük”.

R.Bayramlı qeyd edib ki, qətiyyən arxayınlaşmaq olmaz. Qoyulan qaydalar əməl edilməlidir:

"Həftənin digər günləri ilə müqayisədə dalğalanmalar olub. Ona görə də vəziyyətin sabitliyi haqqında tam fikir söyləmək olmaz. Növbəti həftədə sağalanların sayının daha çox olacağını gözləyirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti