...

İctimai nəqliyyatda və dayanacaqlarda maska taxmaq məcburi oldu

Cəmiyyət Materials 29 May 2020 16:32 (UTC +04:00)
İctimai nəqliyyatda və dayanacaqlarda maska taxmaq məcburi oldu

Bakı. Trend:

İctimai nəqliyyat və dayanacaqlarda maska taxmayanlar inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb olunacaq.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərarında bildirilib.

Qərara əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə sosial məsafə gözlənilməli və tibbi maskadan istifadə edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti