...

Payız aylarından müəllimlərin sertifikatlaşdırılmasına başlanılacaq

Cəmiyyət Materials 5 İyun 2020 12:40 (UTC +04:00)
Dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkili məqsədilə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılır.
Payız aylarından müəllimlərin sertifikatlaşdırılmasına başlanılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkili məqsədilə
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb.

Əmrə əsasən, şuranın sədri Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, üzvləri Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini Fərzəli Qədirov, Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Elnur Məmmədov, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu, Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Murad Camalzadə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovdur.

Təhsilverənlərin sertifikatlaşdırılması bu ilin payız aylarından başlayaraq növbəti ildə də davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti