...

“Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının qayğıkeş və təcrübəli həkim-sonoloq Tükəzban Abdullayeva

Cəmiyyət Materials 9 İyun 2020 15:50 (UTC +04:00)
“Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının qayğıkeş və təcrübəli həkim-sonoloq Tükəzban Abdullayeva

Bakı. Trend:

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə yüzlərlə xəstəni düzgün müalicəyə yönləndirən qayğıkeş və təcrübəli həkim-sonoloq Tükəzban Abdullayevanı təqdim edirik.

10 ildən artıqdır ki, Dr. TÜKƏZBAN ABDULLAYEVA Mərkəzi Gömrük Hospitalında tam abdomen - qarın boşluğu, uroloji orqanların müayinəsini, ginekoloji - transvaginal görüntüləmələr, follikulometriya, erkən hamiləliyin təyini, hamiləliyin müayinəsini, prostat vəzi - transrektal görüntüləmələr, dərialtı toxumaların müayinəsini, toraks, süd vəzi mamoqrafiyası, yenidoğulmuşlara neyrosonoqrafiya, timus müayinəsini, rəngli dopleroqrafiya, elastometriya – qara ciyərin fibroskanla müayinəsini və s. həyata keçirir.

Dr. Tükəzban Abdullayeva 2006-cı ildə Azərbaycan Tibb Universitetinin I müalicə profilaktika fakültəsini bitirmiş, 2006-2007-ci illərdə 5 saylı Kliniki Xəstəxanasında internatura keçmişdir. 2012-ci ildə Türkiyədə Erciyes Universitetinin Tibb fakültəsinin Radioloji Anabilim dalında "Qarın boşluğu orqanları USG və GRİ SCALA rəngli dopplerografiyası" pediatrik ultrosonoqrafik incələmələr və yenidoğulmuşlarda bud-çanaq oynağının diaqnostikası üzrə neyrosonoqrafiya kursu, 2012-ci ildə Türkiyənin Kayseri şəhərində AnaKalp Xəstəxanasında “Damarların rəngli dopplerografiyası kursu, 2012-ci ildə Türkiyənin Kayseri şəhərində Hüma Qadın Xəstəlikləri və Doğum Xəstəxanasında Obsetrik USG, hamilələrdə doppleroqrafiya, ginekoloji xəstəliklər zamanı diferensial diaqnostika kursu, 2013-cü ildə Türkiyənin İstanbul şəhərində Bezmialem Vakif Universitetinin Tibb fakültəsində süd vəzilərinin USG-si və mammoqrafiyası, anorektal USG, yumşaq toxumalar, endokrin və limfotik sistem üzrə USG, pediatrik ultrasonoqrafiya, yenidoğulmuşlarda bud-çanaq oynağının diaqnostikası, neyrosonoqrafiya kursu, 2014-cü ildə Avstriyanın Zalzburq şəhərində Weill Cornell Tibb kollecində "Süd vəzilərinin Mammoqrafiyası və Qara ciyər törəmələrinə Multidisipliner yanaşma" kursu, 2015-ci ildə İstanbul Universitetinin Tibb fakültəsində "Hamilələrin Anal Sfinkter zədələnmələrində Multidisipliner yanaşım ve anorektal ultrasonoqrafıya" kursu və 2015-ci Rusiyanın Moskva Echosesns Təlim mərkəzinin təşkil etdiyi qara ciyər elastometriyası kursunu keçmişdir.

2009-cu ildən Dr.Tükəzban Abdullayeva Mərkəzi Gömrük Hospitalında həkim-sonoloq işləyir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/tukezban-abdullayeva/

Dr.Tükəzban Abdullayevanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti