...

Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb

Cəmiyyət Materials 12 İyun 2020 14:05 (UTC +04:00)
Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb

Bakı. Trend:

Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb.

Fövəqladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində təqribən 2 ha ərazidə yanğın olması ilə əlaqədar Fövəqladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikasını və Mülki müdafiə qoşunlarının şəxsi heyətini cəlb etməklə yanğına qarşı təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Hal-hazıradək yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb. Yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti